Britaniyalı müğənni, aktrisa və sahibkar Viktoriya Bekhem həyatının ən çətin dövrünü əri, İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhemlə bölüşüb.
«Bizim üçün ən çətin dövr 1998-ci ildə Fransada keçirilən dünya çempionatından sonra oldu. Devid komandanın məğlubiyyətinə görə çoxlu tənqidlərlə üzləşdi və o, indi oğlumuz Romeo ilə eyni yaşda idi. 22 yaşlı bir futbolçu üçün inanılmaz dərəcədə çətin idi. Onun içində olduğunuzda, batdığınızı və ya üzdüyünüzü bilmirsiniz Oğlumun buna necə dözəcəyini təsəvvür edə bilmirəm” dedi.
Xatırladaq ki, 1998-ci il dünya çempionatının 1/8 finalında İngiltərə Argentina ilə qarşılaşmışdı. 47-ci dəqiqədə Bekhem rəqibini təpiklə vurduğu üçün meydandan qovuldu və İngiltərə penaltilər seriyasında son nəticədə uduzaraq turniri tərk etdi. Həmin hadisədən sonra britaniyalı jurnalistlər Davidi məğlubiyyətin əsas günahkarı kimi qələmə verdilər.